"İnanıram ki, sabah qələbə qazanaraq qrup lideri olacağıq”
"Bu il UEFA Millətlər Liqasında sonuncu qarşılaşmamızı keçirəcəyik. Ardınca isə Andorra yığması ilə yoldaşlıq oyunumuz olacaq. Qrup liderliyini təmin etmək üçün Lixtenşteyn üzərində mütləq qələbə qazanmalıyıq.
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis sabah UEFA Millətlər Liqasının D Liqasında səfərdə Lixtenşteyn yığması ilə oyunöncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Qarşıdakı matç bizim üçün çox vacibdir, çünki qrup lideri olmaq üçün qələbə qazanmalıyıq. Bakıda bərabərə qalmışdıq. Rəqibi tanıyırıq, öz meydanında inamlı çıxış edir.
Buna baxmayaraq, komandamız oyuna hazırdır. Futbolçularımız ilk məşqdən yüksək əhval-ruhiyyədədirlər.
Çempionatın ən qızğın dövrüdür və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah qələbə qazanaraq qrup lideri olacağıq”.
Matç Bakı vaxtilə saat 23:45-də start götürəcək.

