"Şamaxı"dan ayrılan futbolçu paytaxt klubunda oynayacaq

 "Şamaxı"dan ayrılan futbolçu paytaxt klubunda oynayacaq

"Şəfa" daha bir transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan klub Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

Son olaraq "Şamaxı"da çıxış etmiş futbolçu müxtəlif vaxtlarda "Sabah", "Səbail" və "Sumqayıt"da da oynayıb.

Xatırladaq ki, paytaxt təmsilçisinə Zaur Həşimov baş məşqçi təyin edildikdən sonra heyətə Rauf Hüseynli və Nicat Mehbalıyev cəlb olunublar.