Baxın, görün, "Şamaxı" Premyer Liqada hansı büdcə ilə oynayır

“Şamaxı” Futbol Klubu İctimai Birliyinin 2024-cü il üçün büdcəsi açıqlanıb.
"Mediasport" xəbər verir ki, bölgə klubunun maliyyə hesabatı rəsmi saytda dərc edilib.
"Şirlər"in ötən il gəliri 3 milyon 51 min manat təşkil edib.
3 milyon 50 min manatı sair gəlir olubsa, bilet satışından büdcəyə cəmi 1 min manat vəsait daxil olub.
Premyer Liqada mövqeyini qoruyan komanda əmək haqqı və mükafat üçün 1 milyon 649 min manat xərcləyib.