"Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq"

"Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq"

Yeni mövsümə hazırlığı davam etdirən Premyer Liqa təmsilçiləri "Kəpəz" və "Sumqayıt" yoldaşlıq oyununda üz-üzə gəliblər (1:2).

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra fikirlərini bölüşüb:

"Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı".

Mütəxəssis "Kəpəz"də hər mövqedə çatışmazlıqların olduğunu söyləyib:

"Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq".