AFFA rəsmisi Çempionlar Liqasının Liqa mərhələsi matçına təyinat aldı

 AFFA rəsmisi Çempionlar Liqasının Liqa mərhələsi matçına təyinat aldı

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək "Löven" (Belçika) – "Köge" (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən "Den Dreef" stadionunda baş tutacaq.

Oyun Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.