Cəlal Hüseynovun komandasını Konfrans Liqasına buraxmadılar

Cəlal Hüseynovun komandasını Konfrans Liqasına buraxmadılar

Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu”nda son oyunlar keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Çerno More"nin qonağı olub.

Krjali təmsilçisi səfərdə geridönüşlə (3:2) əzmkar qələbə qazanmasına baxmayaraq, Konfrans Liqasına vəsiqə qazana bilməyib.

Hüseynov matçda 63 dəqiqə meydanda olub.

Yekunda 54 xal toplayan "Arda"nı 55 xalla "Lokomotiv" qabaqlayıb.