Rahil Polşada yenə oynamadı, Renat meydana çıxıb 1 xala sevindi

Rahil Polşada yenə oynamadı, Renat meydana çıxıb 1 xala sevindi

Azərbaycan milli komandasının futbolçuları - Rahil Məmmədov və Renat Dadaşovun formasını geyindiyi “Radomyak” Polşa Yüksək Liqasında (Ekstraklassa) növbəti görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, Radom klubu 29-cu tur çərçivəsində “Puşşa"nın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Renat meydana ikinci hissədə çıxıb, neçə turdur adı iştirak ərizəsinə salınmayan Rahil yenə kənarda qalıb.

Heç-heçədən sonra xal ehtiyatını 35-ə çatdıran “Radomyak” 13-cü pillədə mövqeyini qoruyub.