Yığma komandamızın Haiti millisi ilə matçının saatı açıqlandı

Yığma komandamızın Haiti millisi ilə matçının saatı açıqlandı

Futbol üzrə Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün başlanma saatı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 21:45-də start götürəcək.

Matç martın 22-də keçiriləcək.

Yığmamız martın 25-də, saat 21:45-də isə Bakıda Belarus kollektivi ilə qarşılaşacaq.