Xəyal Əliyev əməliyyat edildi

  Xəyal Əliyev əməliyyat edildi

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev əməliyyat olunub.

"Mediasport" xəbər verir ki, vinger arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.

Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.

Xatırladaq ki, "Sabah"ın üzvü Malta ilə yoxlama matçının (0:2) ilk dəqiqələrində zədələnib.