Millimiz yoldaşlıq oyunlarının hazırlıqlarına başladı - FOTOLAR

Millimiz yoldaşlıq oyunlarının hazırlıqlarına başladı - FOTOLAR

Haiti və Belarus yığmaları ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının hazırlığı start götürüb.

"Mediasport" xəbər verir ki, yığmamızın legioner həyatı yaşayan bütün futbolçuları düşərgəyə qoşulublar.

O cümlədən milliyə ilk dəfə dəvət almış Rəhman Daşdəmirov, Şahin Şahniyarov, Xəyal Əliyev və Ağadadaş Salyanski də "Neftçi Futbol Mərkəzi"ndə ilk məşqə qatılıblar.

Xatırladaq ki, Fernandu Santuşun baş məşqçisi olduğu seçməmiz martın 22-də Sumqayıtda Haiti, 25-də isə Masazırda Belarus futbolçuları ilə qarşılaşacaq.