Cəlal və Zamiqin komandaları üçün səfər sınağı - UEFA Konfrans Liqası

Cəlal və Zamiqin komandaları üçün səfər sınağı - UEFA Konfrans Liqası

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları bu gün başa çatacaq.

"Mediasport" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Araz-Naxçıvan" "Omoniya", "Sabah" "Levski" ilə qarşılaşacaq.

Ümumilikdə, bu axşam 29 oyun keçiriləcək.

Azərbaycanlı futbolçular - Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Jalgiris"in, Zamiq Əliyevin oynadığı "Eqnatiya" isə "Olimpiya"nın qonağı olacaq.

Türkiyə təmsilçilərindən "Beşiktaş" "Sent Patriks", "Başakşəhər" "Vikinq"lə üz-üzə gələcək.

UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar

20:00 "Araz-Naxçıvan" (Omoniya) - "Omoniya" (Kipr)

20:00 "Aris" (Limassol, Kipr) - AEK (Afina, Yunanıstan)

20:00 "Jalqiris" (Litva) - "Arda" (Bolqarıstan)

20:00 "Milsami" (Moldova) - "Virtus" (San Marino)

20:00 "Rosenborq" (Norveç) - "Hammarbü" (İsveç)

20:30 "Ostrava" (Çexiya) - "Vyana" (Avstriya)

21:00 AİK (İsveç) - "Qyor" (Macarıstan)

21:00 "Riqa" (Latviya) - "Beytar" (İsrail)

21:00 "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa)

21:00 "Vikinq" - "Başakşəhər" (Türkiyə)

22:00 "Anderlext" (Belçika) - "Şerif" (Moldova)

22:00 AZ (Niderland) - "Vaduts" Lixtenşteyn)

22:00 "Differdanj" (Lüksemburq) - "Levadiya" (Estoniya)

22:00 "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan)

22:00 "Olimpiya" (Lyublyana, Sloveniya) - "Eqnatiya" (Albaniya)

22:00 "Polessye" (Ukrayna) - "Pakş" (Macarıstan) 

22:00 "Sparta" (Praqa, Çexiya) - "Ararat" (Ermənistan)

22:00 "Vikinqur" (İslandiya) - "Linfild" (Şimali İrlandiya)

22:15 "Lozanna" (İsveçrə) - "Astana" (Qazaxıstan)

22:30 "Ballkani" (Kosovo) - "Şamrok Rovers" (İrlandiya)

22:30 "Luqano" (İsveçrə) - "Çelye" (Sloveniya)

22:30 "Universitatya" (Krayova, Rumıniya) - "Spartak" (Trnava, Slovakiya) 

22:45 "Sent Patriks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə)

22:45 "Vikinqur Reykyavik" (İslandiya) - "Brondbü" (Danimarka)

23:00 "Hayduk" (Xorvatiya) - "Dinamo" (Tirana, Albaniya)

23:00 "Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya)

23:00 "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya)

23:00 "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) 

23:00 "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya)