İki gün ərzində keçirilən matçda sevinən tərəf xorvatlar oldular

İki gün ərzində keçirilən matçda sevinən tərəf xorvatlar oldular

UEFA Avropa Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turuna yekun vurulub.

"Mediasport" xəbər verir ki, Xorvatiyada güclü leysan səbəbindən yarımçıq dayandırılmış matçda "Riyeka" Çexiyanın "Sparta" klubunu məğlub edib.

Meydan sahibləri 75-ci dəqiqədə Adu Aceyin yeganə qolu sayəsində əsas mərhələdə ilk qələbəsini rəsmiləşdirib.

Xatırladaq ki, oyunun ilk hissəsi oktyabrın 23-də baş tutmuşdu.