UEFA Konfrans Liqasında 1-ci mərhələnin ilk oyunu keçirildi

UEFA Konfrans Liqasında 1-ci mərhələnin ilk oyunu keçirildi

UEFA Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə bir görüş keçirilib.

Lüksemburqun "Strassen" kollektivi San-Marinoda "La Fiorita"nın qonağı olub.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk matçda da 1:0 hesabı ilə qalib gələn lüksemburqlular 2-ci raunda vəsiqə əldə ediblər.

Mərhələnin digər duelləri bu gün və sabah baş tutacaq.