ÇL-in Liqa mərhələsinə vəsiqə qazanan klubların sayı 24-ə çatdı

ÇL-in Liqa mərhələsinə vəsiqə qazanan klubların sayı 24-ə çatdı

UEFA Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə vəsiqə qazanan komandaların sayı 24-ə çatıb.

"Mediasport" xəbər verir ki, son olaraq bu hüquqa "Tottenhem" yiyələnib.

Dünən UEFA Avropa Liqasının qalibi olan İngiltərə təmsilçisi bu zəfər sayəsində növbəti mövsüm qitənin bir nömrəli klub yarışının əsas mərhələsində iştirak imkanı qazanıb.


Çempionlar Liqası. Liqa mərhələsinə vəsiqə qazananlar


İngiltərə: "Liverpul", "Arsenal"; "Tottenhem";

İtaliya: "Napoli", "İnter", "Atalanta";

İspaniya: "Barselona", "Real", "Atletiko", "Atletik", "Vilyarreal";

Almaniya: "Bavariya", "Bayer", "Ayntraxt", "Borussiya" D.;

Fransa: "PSJ", "Marsel", "Monako";

Niderland: PSV, "Ayaks";

Portuqaliya: "Sportinq";

Türkiyə: "Qalatasaray";

Çexiya: "Slaviya".