"Kayrat" Çempionlar Liqasında daha bir ağır məğlubiyyət aldı

"Kayrat" Çempionlar Liqasında daha bir ağır məğlubiyyət aldı

Qazaxıstanın UEFA Çempionlar Liqasında təmsilçisi "Kayrat" yarışda növbəti dəfə ağır məğlubiyyətlə üzləşib.

"Mediasport" xəbər verir ki, bu, Liqa mərhələsinin 7-ci turu çərçivəsində qeydə alınıb.

Almatı klubu bu dəfə doğma meydanda Belçikanın "Brügge" kollektivinə böyük hesabla uduzub - 1:4.

Əsas raundda yalnız "Pafos"la (Kipr) bərabərə qalan Rafael Urazbaxtinin komandası qalan 6 görüşdə məğlub olmaqla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xatırladaq ki, turun digər qarşılaşmaları bu gecə və sabah baş tutacaq.