"Fənərbağça"dan doğma meydanda əzmkar qələbə - Çempionlar Liqası
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçları keçirilib.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Sabah” Danimarkada meydana çıxıb.
Türkiyənin yarışda təmsilçisi “Fənərbağça” doğma meydanda inamlı qələbəyə sevinib.
Raundun cavab görüşləri avqustun 11-də reallaşacaq.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyunlar
"Orhus" (Danimarka) – "Sabah" (Azərbaycan) 2:1
"Fənərbağça" (Türkiyə) – "Şturm" (Avstriya) 2:0


