Çempionlar Liqasında 1/4 final cütləri və oyun günləri məlum oldu

Çempionlar Liqasında 1/4 final cütləri və oyun günləri məlum oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, bununla 1/4 finala vəsiqə qazanan 8 kollektivin adı məlum olub.

Növbəti raundda qarşılaşacaq cütlüklər də müəyyənləşib.

1/4 finalın ilk görüşləri aprelin 8-9-da, cavab qarşılaşmaları aprelin 15-16-da keçiriləcək.


UEFA Çempionlar Liqası. 1/4 final


İlk oyunlar

8 aprel

23:00."Bavariya" (Almaniya) - "İnter" (İtaliya)

23:00."Arsenal" (İngiltərə) - "Real" (İspaniya)

9 aprel

23:00."Barselona" (İspaniya)  - "Borussiya" (Dortmund, Almaniya) 

23:00.PSJ (Fransa) - "Aston Villa" (İngiltərə) 


Cavab oyunları

15 aprel

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya)

23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa)

16 aprel

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)

23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə)