Hakimi təhqir edən "Qarabağ"ın məşqçisi 4 oyunluq cəza aldı

Hakimi təhqir edən "Qarabağ"ın məşqçisi 4 oyunluq cəza aldı

"Qarabağ"ın əvəzedici komandasının məşqçisi Muarem Zekiri dörd oyunluq cəzalanıb.

"Mediasport" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Mütəxəssis Əvəzedicilər Liqasının V turunda, "Zirə" ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir edib.

Birbaşa qırmızı vərəqə alan M.Zekir 4 oyunluq cəza ilə üzləşib.

Ağdam təmsilçisi həmçinin 1000 manat cərimə ödəyəcək.