Azərbaycan yığma Bakıda Şotlandiya ilə bərabərə qaldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə qarşılaşıb.
Millimiz qələbə qazanmağa yaxın olsa da, son dəqiqələrdə üstünlüyü əldən verib - 3:3.
Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir.
