ÇL, AL və KL-də 1/8 finalın püşkü bu gün atılacaq - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələlərinin püşkatma mərasimləri keçiriləcək.
"Mediasport" xəbər verir ki, tədbirlər UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
ÇL-in püşkatması Bakı vaxtı ilə saat 15:00, AL 16:00, KL isə 17:00-da start götürəcək.
Bu raundlarda Liqa mərhələlərini ilk 8 sırada başa vuran kollektivlər və pley-offların qalibləri yarışacaqlar.
UEFA çempionlar Liqası
"Arsenal" (İngiltərə), "Bayern" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Real" M. (İspaniya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Budö Qlimt" (Norveç).
UEFA Avropa Liqası
"Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyulland" (Danimarka), "Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya), "Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştuttqart" (Almaniya), "Ferensvaroş" (Macarıstan), "Nottingem Forest" (Almaniya), "Selta" (İspaniya), "Lill" (Fransa), "Panatinaikos" (Yunanıstan).
UEFA Avropa Konfrans Liqası
"Strasbur" (Fransa), "Rakuv" (Polşa), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Mayns" (Almaniya), AEK (Larnaka, Kipr), "Kristal Pelas" (İngiltərə), "Lex" (Polşa), "Samsunspor" (Türkiyə), "Çelye" (Sloveniya), AZ (Niderland), "Fiorentina" (İtaliya), "Riyeka" (Xorvatiya), "Siqma" (Çexiya).
1/8 final görüşləri martın 10-da başlanacaq.
