Çxadadzeyə 4 oyunluq cəza verildi, "Qarabağ" 5 min ziyana düşdü

Çxadadzeyə 4 oyunluq cəza verildi, "Qarabağ" 5 min ziyana düşdü

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadzeyə ciddi cəza verib.

"Mediasport" xəbər verir ki, gürcü mütəxəssis 4 oyunluq diskvalifikasiya edilib.

Buna Çxadadzenin Premyer Liqanın 16-cı turunun "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub.

"Qırmızı-qaralar" baş məşqçinin söyüş söyməsi ucbatından 10 min manat da cərimə ödəyəcək.

"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün əlavə 700 manat ziyana düşüb.

Pirotexniki vasitələrdən istifadə edən azarkeşləri isə "Qarabağ" növbəti dəfə ziyana salıblar - 5 min manat.