Abubakarla D`Almeyda bu oyunda "Neftçi"yə kömək edə bilməyəcək
"Neftçi"nin iki oyunçusu Premyer Liqanın 16-cı turunun "Karvan-Yevlax"la oyununu buraxacaq.
"Mediasport" xəbər verir ki, Vensan Abubakar və Sessi D`Almeyda dekabrın 20-də baş tutacaq matçda forma geyinməyəcək.
Hər iki oyunçu Afrika Millətlər Kubokunda iştirak üçün milli komandalarının düşərgəsində olacaq.
Abubakar Kamerun, Sessi isə Benin yığmasına qoşulacaq.
Qitənin ən nüfuzlu turniri dekabrın 21-dən yanvarın 19-a qədər davam edəcək.
“Karvan-Yevlax”la görüş bakılıların bu il üçün sonuncu qarşılaşmasıdır.
