Davit Volkov “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirdi

 Davit Volkov “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirdi

Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.

"Mediasport" xəbər verir ki, o, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib. 

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub.

Davit Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.

Qeyd edək ki, Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.