Bakı klubunda bombardir olan forvard yenidən Azərbaycanda

Bakı klubunda bombardir olan forvard yenidən Azərbaycanda

"Sumqayıt" heyətinə yeni legioner qatıb.

"Mediasport" xəbər verir ki, Saşa İliçin komandası Aleksandr Ramalinqomla güclənib.

Maqadaskarlı hücumçu ilə 1+1 illik müqavilə bağlanıb.

Azərbaycanlı azarkeşlərə yaxşı tanış forvard 2022/2023-cü illər mövsümündə "Səbail"in heyətində bombardir olub. O, Premyer Liqada 17 qolla yadda qalıb.