Kadi Borgesdən əlamətdar qol
"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda "Qəbələ" ilə qarşılaşıb (1:1).
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kadi Borqes bu matçda fərqlənməklə Premyer Liqada 25-ci qoluna imza atıb və bunu 76-cı oyununda nail olub.
Azərbaycanda yalnız "köhlən atlar"ın formasını geyinən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudur.
Onun komanda yoldaşı Toral Bayramov və "Araz-Naxçıvan"ın üzvləri Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.
