AFFA İntizam Komitəsi bölgə klubunu 6510 manat cərimələdi
AFFA İntizam Komitəsi 1-ci liqada yarışan "Şahdağ Qusar" barəsində sərt cəza qərarı çıxarıb.
Mediasport xəbər verir ki, buna 17-ci turun "Şəfa" ilə oyununda yaşananlar səbəb olub.
Qusar təmsilçisi ümumilikdə 6510 manat cərimə ödəyəcək.
Komanda dörd nəfər oyunçusu vərəqə aldığı üçün 210 manat cərimələnib.
Qusarlıların həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti dörd matçı buraxacaq.
Klub bu səbəbdən 3000 manat ziyana düşüb.
Hakimi təhqir edən məşqçi Babək Allahverdiyev birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəza ilə üzləşib və "Şahdağ Qusar" növbəti dəfə 3000 manat cəriməyə məruz qalıb.
Bundan əlavə, klubun icraçı direktoru Mirzə Bayrampul buraxılış akkreditasiyası olmadan Zona 1-ə daxil olub. Bu, I Liqa təmsilçisinə 300 manata başa gələcək.
