"Şamaxı"da Ayxan Abbasov və köməkçiləri ilə bağlı qərar verildi

"Şamaxı"da Ayxan Abbasov və köməkçiləri ilə bağlı qərar verildi

"Şamaxı"da U-21 yığmasına baş məşqçi təyin edilmiş Ayxan Abbasovla bağlı qərar açıqlanıb.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi mütəxəssislə yola davam edəcək.

Onunla gələn mövsümün sonunadək müddəti əhatə edəcək yeni müqavilə bağlanılıb.

44 yaşlı məşqçinin köməkçiləri - Elnur Çodarov, Kamil Qafarov, Vüsal Qarayev və Xəyal Qarayev də burada işini davam etdirəcək.