Dambrauskasdan başqa klublarla danışığa gedən Maludaya CƏZA

Dambrauskasdan başqa klublarla danışığa gedən Maludaya CƏZA

"Sabah"ın əsas futbolçusu Aaron Maludanın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "KuPS"la Bakıda keçirilən matçda meydana çıxmamasının əsl səbəbi məlum olub.

Masazır klubundan "Mediasport"a verilən məlumata görə, fransalı vinger baş məşqçi Valdas Dambrauskasın qəzəbinə tuş gəlib.

Buna 21 yaşlı futbolçunun Avropadan dəvət göndərən klublarla danışıq aparması səbəb olub.

"Bayquşlarla"la 2029-cu ilin yanvarınadək müqaviləsi olan Maludanın hərəkətini xüsusilə avrokuboklarda çıxış etdikləri bir vaxtda qeyri-etik sayan itvalı mütəxəssis oyunçusuna xəbərdarlıq edərək onu cəzalandırıb.

Xatırladaq ki, "Sabah"a 2025-ci ilin yayında "Lill"dən gələn futbolçuya Avropanın tanınmış klublarından maraq var.

Onun Şotlandiyan "Seltik" və İsveçrənin "Bazel" komandaları ilə danışığa getdiyi bildirilir.