Azərbaycan millisinin oyunları üçün biletlər satışa çıxarıldı
Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərin biletləri satışa çıxarılıb.
" Mediasport" xəbər verir ki, biletləri iTicket.az saytı vasitəsilə əldə edə bilərsiniz.
Biletlərin qiymətləri 3 manatdan başlayır.
Qeyd edək ki, millimiz yoldaşlıq görüşü çərçivəsində 23 sentyabr saat 20:00-da "8-ci kilometr" stadionunda Tacikistanla görüşəcək. Həmçinin 1 oktyabr saat 20:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yığmamız Lixtenşteyn, 4 oktyabr saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.
Oyunlara bilet satışı iticket.az vasitəsi ilə həyata keçirilir.

