"Bu qol bütün komandanın çəkdiyin əziyyətin bəhrəsidir”
"Çox çətin və ağır oyun idi. Süni örtüklü meydançada oynamaq çətin olur. Düzdür, qol vurdum. Amma bu qol tək mənim yox, bütün komandanın çəkdiyi əziyyətin bəhrəsidir".
"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Qustavo Klisman deyib.
Azərbaycan Premyer Liqasının 5-ci turunun "İmişli" ilə səfər oyununun son dəqiqələrdə komandasına qələbə qazandıran (3:2) qolu vuran braziliyalı yarımmüdafiəçi təəssüratlarını bölüşüb:
"Çox əziyyət çəkdik, yaxşı oynadıq. Bizim üçün ən vacib buradan 3 xalla qayıtmaq idi. Bunu da bacardıq.
Komandada sağlam rəqabətin olması önəmlidir. Hər mövqedə rəqabət komandanı daha da inkişaf etdirir.
Hamı məşqlərdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Oyunlarda kimin oynayacağına baş məşqçi qərar verir. Kimin meydana çıxmasının fərqi yoxdur. Oyundan-oyuna keyfiyyətimiz daha da yüksəlir".

