Gəncə stadionunda yeni rekord

 Gəncə stadionunda yeni rekord

Azərbaycan Premyer Liqasının IV turunda "Kəpəz" və "Şamaxı" komandaları arasında Gəncə Şəhər Stadionunda keçirilən oyunda azarkeş sayına görə 2026/27 mövsümünün yeni rekordu qeydə alınıb.

"Mediasport" xəbər verir ki, sözügedən qarşılaşmanı 15 min tamaşaçı izləyib.

Xatırladaq ki, cari çempionatda buna qədərki rekord da gəncəli azarkeşlərlə bağlı idi.

Avqustun 30-da "Turan Tovuz"la görüşdə tribunalarda 13500 futbol həvəskarı yer almışdı.