Azərbaycan millisi Sumqayıtda Macarıstan yığmasını qəbul edir
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, yığmamız Sumqayıtda Macarıstanla qarşılaşacaq.
Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Komandamız iyunun 9-da Bitola şəhərində "Petar Miloşevski" stadionunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Xatırladaq ki, seçməmiz 4 turdan sonra 9 xalla ikinci, macarlar isə 10 xalla birincidir.
Futbolçularımız Şimali Makedoniya (2:0) və Andorradan (2:0, 3:1) üstün olub, Budapeştdə Macarıstana uduzub (0:1).
DÇ-2027. Seçmə mərhələ. C Liqası, 3-cü qrup. 5-ci tur
18:00 Azərbaycan - Macarıstan
Baş hakim: Vanya Yankoviç
Baş hakimin köməkçiləri: Staşa Şpur, Helena Buh
Dördüncü hakim: Aleksandra Çesen
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


