Azərbaycan yığmasının üzvü Türkiyədə klubunu dəyişdi

 Azərbaycan yığmasının üzvü Türkiyədə klubunu dəyişdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının daha bir üzvü karyerasını Türkiyədə davam etdirəcək.

"Mediasport" xəbər verir ki, yığmamızın qapıçısı Mehriban Şahməmmədova bu dəfə "Kocaeli" klubunda oynayacaq.

Qolkiper 1-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Ötən mövsümü ALG klubunda keçirmiş Mehriban 2024-cü ildən əsas millimizdə forma geyinir.