Milli futbolçularımızın növbəti dayanacağı "Liman" oldu
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, hər iki futbolçu karyerasını Azərbaycanda davam etdirəcək.
Yarımmüdafiəçilər Yüksək Qızlar Liqasında çıxış edən "Liman"la 1 illik müqavilə bağlayıblar.
Qeyd edək ki, Cəfərova son olaraq Türkiyədə "Hakkarigücü", Hacıyeva isə bu ölkənin "Yüksekova" klubunda forma geyinib.


