Azərbaycan millisinin üzvü "Partizan"da oynayacaq - RƏSMİ

Azərbaycan millisinin üzvü "Partizan"da oynayacaq - RƏSMİ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Alina Nəhmədova yenidən legioner həyatı yaşayacaq.

"Mediasport" xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Serbiyada davam etdirəcək.

Müdafiəçi “Partizan” klubuna transfer olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyədə legioner olmuş Nəhmədova "Kayserispor" və "Asyaspor" klublarında forma geyinib.