2024-cü ildə dünyada ən çox qazanan idmançılar - SİYAHI

2024-cü ildə dünyada ən çox qazanan idmançılar - SİYAHI

Nüfuzlu biznes nəşri "Sportico" 2024-cü ildə ən çox qazanc əldə edən idmançıların siyahısını açıqlayıb.

Mediasport.com.az xəbər verir ki, sıralamada ilk pillədə dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo qərarlaşıb.

Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən 40 yaşlı portuqaliyalının qazancı 260 milyon dollar olub.

Ronaldonun əzəli rəqibi, ABŞ-də oynayan Lionel Messi 4-cü sırada dayanıb.

Siyahıda qadın idmançılar arasında ən çox qazanan Kori Qauffdur. İl ərzində 30,4 milyon dollar gəlir əldə etmiş tennisçi 125-ci yerdədir.


2024-cü ildə ən çox qazanc əldə edən idmançılar


1. Kristiano Ronaldo (futbol) - 260 milyon dollar

2. Stef Karri (basketbol) - 153,8 milyon dollar

3. Tayson Fyuri (boks) - 147 milyon dollar

4. Lionel Messi (futbol) - 135 milyon dollar

5. Lebron Ceyms (basketbol) - 133,2 milyon dollar

6. Neymar (futbol) - 133 milyon dollar

7. Aleksandr Usik (boks) — 122 milyon dollar

8. Kərim Benzema (futbol) - 116 milyon dollar

9. Kilian Mbappe (futbol) - 110 milyon dollar

10. Con Ram (qolf) - 105,8 milyon dollar