Bu il dünyada ən çox qazanan futbolçuların siyahısı açıqlandı

Bu il dünyada ən çox qazanan futbolçuların siyahısı açıqlandı

Nüfuzlu “Forbes” jurnalı 2025-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısını tərtib edib.

"Mediasport" xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo sıralamada liderdir.

40 yaşlı futbolçu 2025-ci ildə 280 milyon dollar qazanıb. Bunun 50 milyon dolları əlavə gəlirdir.


2025-ci ilin ən çox qazanan futbolçuları


1. Kristiano Ronaldo (Portuqaliya, “Əl Nəsr”) — 280 milyon dollar

2. Lionel Messi (Argentina, “İnter Mayami”) — 130 milyon

3. Kərim Benzema (Fransa, “Əl İttihad”) — 104 milyon

4. Kilian Mbappe (Fransa, “Real" Madrid) — 95 milyon

5. Erlinq Haaland (Norveç, “Mançester Siti”) — 80 milyon

6. Vinisius Junyor (Braziliya, “Real" Madrid) — 60 milyon

7. Məhəmməd Salah (Misir, “Liverpul”) — 55 milyon

8. Sadio Mane (Seneqal, “Əl Nəsr”) — 54 milyon

9. Cud Bellingem (İngiltərə, “Real" Madrid) — 44 milyon

10. Lamin Yamal (İspaniya, “Barselona”) – 43 milyon.