Hafiz Məmmədovla Qurban Qurbanov illər sonra görüşdülər
Tarixə qovuşmuş "Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədov və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov illər sonra biraraya gəliblər.
"Mediasport" xəbər verir ki, Azərbaycanın iki məşhur siması veteran güləşçi, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin 35-ci ad günü tədbirində görüşüb.
Cütlüyün birgə fotosu sosial mediada maraqla qarşılanıb.
Xatırladaq ki, "Bakı" Hafiz Məmmədovun rəhbərliyi altında iki dəfə Azərbaycan çempionu (2005/2006, 2008/2009) olub, üç dəfə ölkə kubokunu (2004/2005, 2009/2010, 2011/2012) qazanıb.
Azərbaycanı UEFA Çempionlar Liqası və Avropa Liqasında təmsil etmiş paytaxt klubu fəaliyyətini 2016-cı ildə dayandırıb.
