"Dinamo"nun gənc futbolçusu "Qarabağ"la ilk oyunu buraxacaq
Avqustun 6-da Polşada UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Dinamo" (Ukrayna) meydana itki ilə çıxacaq.
"Mediasport" xəbər verir ki, Kiyev klubu "Lublin Arena"da baş tutacaq görüşdə Roman Salenkonun xidmətindən faydalana bilməyəcək.
Hücumameylli yarımmüdafiəçi həm cəzalıdır, həm də zədəsini sağaltmaqla məşğuldur.
21 yaşlı vinger komandaya ən tezi avqustun 7-də qoşulacaq.
"Dinamo" - "Qarabağ" matçı Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Cavab qarşılaşması avqustun 13-də Bakıda olacaq.


