"Qarabağ" Avropa Liqası ilə vidalaşıb Konfrans Liqasına keçdi
Azərbaycanın UEFA Avropa Liqasında təmsilçisi "Qarabağ" ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu Bolqarıstanda ÇSKA-nın qonağı olub.
120 dəqiqəsi qolsuz davam edən matçdan sonra penaltilərdə daha dəqiq olan "atlılar" yarışla vidalaşaraq Konfrans Liqasına keçid ediblər.
Burada komandamızın rəqibi Ukraynanın "Dinamo" (Kiyev) komandası olacaq.
UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu
ÇSKA Sofiya (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) 0:0 ə.v. - 0:0, pen., - 5:4
Baş hakim: Brem Van Drisse
Yan xətt hakimləri: Mişel Sildreyers, İv de Neve
Dördüncü hakim: Bert Put
VAR: Bert Put
AVAR: Uesli de Kremer (hamısı Belçika)
Sofiya, Vasil Levski stadionu, ilk oyun - 0:0.

