"Qarabağ" Avstriyaya yola düşdü

"Qarabağ" Avstriyaya yola düşdü

“Qarabağ” yay hazırlığını ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu təlim-məşq prosesini Avstriyanın Zell-Am-Seen şəhərinin Kaprun bölgəsində davam etdirəcək.

İyulun 16-dək hazırlıq keçəcək Qurban Qurbanovun komandası toplanış çərçivəsində 4 yoxlama matçı keçirəcək.

İyulun 7-də ilk rəqib Ukraynaın “Metallist” (Xarkov) klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlanacaq.

Təmsilçimiz dörd gün sonra Niderland klubu “Tvente” ilə iki görüşə çıxacaq. Oyunlar Vakı vaxtilə saat 17:00 və 19:15-də start götürəcək.

"Köhlən atlılar" son olaraq iyulun 15-də Avstriya nəhəngi "Zalsburq"la qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə 20:00-a planlaşdırılıb.

Hər dörd matç Kaprun stadionunda baş tutacaq.