"Sabah" İngiltərədə "Mançester Yunayted"ə uduzdu - YENİLƏNDİ
Son Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasında tarixi oyuna çıxıb.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın komandası ilk dəfə qatıldığı yarışın Liqa mərhələsinin 1-ci turu çərçivəsində dünya nəhəngi "Mançester Yunayted"in qonağı olub.
Əfsanəvi "Old Trafford" stadionunda baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
"Mançester Yunayted" (İngiltərə) - "Sabah" (Azərbaycan) 4:0
Baş hakim: Villi Delajo
Yan xətt hakimləri: Ervan Finjan, Valentin Evrar
Dördüncü hakim: Matye Vernis (hamısı Fransa)
VAR: Jerom Brizar (Almaniya)
AVAR: Momçilo Markoviç (Serbiya)
İngiltərə, Mançester, "Old Trafford" stadionu.

