10-cu tura bu gün autsayderlərin dueli ilə yekun vurulacaq - APL

10-cu tura bu gün autsayderlərin dueli ilə yekun vurulacaq - APL

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura bu gün yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, dördüncü oyun günündə bir matç keçiriləcək.

Autsayderlər qrupunda qərarlaşmış komandaların qrupunda "Sumqayıt" debütant "Şəfa"nı qəbul edəcək.

Xatırladaq ki, turun əvvəlki görüşlərində "Turan Tovuz" "Sabah"a (3:2), "Neftçi" "Şamaxı"ya (3:2), "Kəpəz" "İmişli"yə (1:0) qalib gəlib.

"Araz-Naxçıvan" - "Zirə" (2:2), "Qəbələ" - "Qarabağ" (0:0) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.


Azərbaycan Premyer Liqası. 10-cu tur


19:00. “Sumqayıt” - “Şəfa”

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Törə Əhmədova

“SOCAR Polymer Arena”