Gimnastlarımızdan beynəlxalq turnirlərdə qızıl medal - FOTO
Rusiyada batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq proqramında qızıl medal qazanıb.
Adil Hacızadə isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Polşadakı Dünya Kuboku turnirində iştirak edən akrobatika gimnastikası üzrə qadın qrupumuz da çempion olub.
Komandanın heyətində Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova yer alıblar.



