Dünyaşöhrətli idmançıdan Qurban Qurbanova dəstək - FOTO

Dünyaşöhrətli idmançıdan Qurban Qurbanova dəstək - FOTO

Paracüdo üzrə ikiqat paralimpiya, üçqat dünya və onqat Avropa çempionu İlham Zəkiyev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək olub.

"Mediasport" xəbər verir ki, dünyaşöhrətli idmançı komandanı bu dəfə UEFA Konfrans Lqiasında Liqa mərhələsinə çıxara bilməyən mütəxəssislə fotosunu paylaşaraq ürək sözlərini yazıb:

“Tarix yazan məşqçi! İdmanda qələbə ilə yanaşı, şübhəsiz ki, məğlubiyyət də var.

Qalib olan isə tək Allahdır. Başınızı dik tutun – biz hər zaman yanınızdayıq”!

Qeyd edək ki, Ağdam klubu pley-offda iki oyunun nəticəsinə görə Niderlandın "Tvente" klubuna 2:4 hesabı ilə uduzaraq yarışla vidalaşıb.

"Atlılar" Qurban Qurbanovun rəhbərliyi altında son 12 ildə ardıcıl 12 dəfə avrokubokların əsas raunduna yüksəlib.