ABŞ-nin Azərbaycandakı səfirliyi Nəriman haqda paylaşım etdi
ABŞ-nin Azərbaycandakı Səfirliyi "Kolumbus Kryu" klubuna transfer olan Nəriman Axundzadəni təbrik edib.
"Mediasport" xəbər verir ki, diplomatik konsulluğun sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub:
"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Kolumbus Kryu" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!
“Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!"
Qeyd edək ki, 22 yaşlı hücumçu bugünlərdə "Klolumbus Kryu" ilə 3 illik müqavilə bağlayıb.
