Kamilo Duran Şotlandiya Premyer Liqasında ayın oyunçusu seçildi

Kamilo Duran Şotlandiya Premyer Liqasında ayın oyunçusu seçildi

Bu yay "Qarabağ"dan "Seltik"ə üz tutan Kamilo Duran Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.

"Mediasport" xəbər verir ki, britaniyalıların heyətində gündəmdən düşməyən kolumbiyalı vinger ötən ay çempionatın 3 matçında 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Şotlandlarla 5 illik müqavilə bağlayan cənubi amerikalı yeni komandasının heyətində ümumilikdə 6 görüş keçirib, 5 qol vurub.