Təmsilçilərimizin pley-offda potensial rəqibləri bu tarixdə müəyyənləşəcək - Konfrans Liqası

UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanan "Araz-Naxçıvan" və "Sabah"ın pley-off mərhələsindəki mümkün rəqibləri Nyonda keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, püşkatma 4 avqust, 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlər, Valdas Dambrauskasın çalışdırdığı kollektiv səpələnməmişlər sırasında yer alacaq.
"Araz-Naxçıvan"ın potensial rəqibləri aşağıdakı klublardır: "Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya), "Lozanna-Sport" (İsveçrə) - "Astana" (Qazaxıstan), "Klaksvik" (Farer adaları) - "Neman" (Belarus), "Vikinqur" (İslandiya) - "Bröndbü" (Danimarka), "Hayduk" (Xorvatiya) - "Dinamo Siti" (Albaniya), "Riqa" (Latviya) - "Beytar" (Yerusəlim, İsrail), "Aris" (Kipr) - AEK (Yunanıstan), "Banik” (Çexiya) - "Austriya" (Avstriya), "Universitatya" (Krayova, Rumıniya) - "Spartak" (Slovakiya), "Rusenborq" (Norveç) - "Hammarbü" (İsveç), AİK (İsveç) - "Dyör" (Macarıstan), "Kauno Jalgris" (Litva) - "Arda" (Bolqarıstan), "Polessye" (Ukrayna) - "Pakşi" (Macarıstan).
"Sabah"ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir: "Fiorentina" (İtaliya), "Kristal Pelas" (İngiltərə), "Rayo Valyekano" (İspaniya), "Maynts" (Almaniya), "Strasburq" (Fransa), həmçinin 3-cü turun qalibləri "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn), "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya), "Anderlext" (Belçika) - "Şerif" (Moldova), "Vikinq" (Norveç) - "Başakşəhər" (Türkiyə), "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya), "Rakuv" (Polşa) - "Makkabi" (Hayfa, İsrail), "Balkani" (Kosovo) - "Şemrok Rovers" (İrlandiya), "Sent-Patriks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə), "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa), həmçinin Avropa Liqasında 3-cü mərhələdə "Panathinaikos" (Yunanıstan) - "Şaxtyor" (Ukrayna) ÇFR (Rumıniya) - "Braqa" cütlərinin məğlubları.
Xatırladaq ki, "Sabah" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya), "Araz-Naxçıvan" isə Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.