"Sumqayıt" Türkiyədə qələbə qazanmadı: 3 oyun, 3 məğlubiyyət

"Sumqayıt" Türkiyədə qələbə qazanmadı: 3 oyun, 3 məğlubiyyət

"Sumqayıt" Türkiyə toplanışında 3-cü yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Saşa İliçin komandası Antalyada son olaraq Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:0.

Beləliklə, "gənclik şəhəri" təmsilçisi hazırlığı qələbəsiz başa vurub.

"Sumqayıt" toplanış çərçivəsində daha əvvəl Macarıstanın "Pakş" klubuna 1:5, Serbiyanın OFK komandasına isə 1:4 hesabları ilə uduzub.