"Təəssüflər olsun ki, çox vacib xallar itirdik" - Kurban Berdıyev
"Birinci hissədə çox pis oynadıq. İlk yarının son dəqiqələrində demək olar ki, heç nədən qol buraxdıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 26-cı turunun "İmişli" ilə səfər oyunu haqda danışıb:
"İkinci hissədə bir qədər aktivliyimizi artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".
Xatırladaq ki, Tovuz klubu Qubada rəqibi ilə bərabərə qalıb - 1:1.
